Bilgəhdə torpaq alarkən sənədləri necə yoxlamaq olar

Çıxarış, kupça və ipoteka. Ödəniş etməzdən əvvəl baxmalı olduğunuz beş məqam.

Bilgəhdə torpaq və ya bağ evi seçəndə ən çox verilən sual sənədlə bağlıdır. Elanlarda "çıxarış", "kupça" və "ipotekaya yararlı" sözlərini tez-tez görürsünüz. Bunlar nə deməkdir və nəyi yoxlamaq lazımdır?

Çıxarış və kupça

Çıxarış daşınmaz əmlakın dövlət reyestrindən verilən sənəddir. Gündəlik danışıqda buna çox vaxt "kupça" deyirlər. Çıxarışda mülkiyyətçinin adı, torpağın sahəsi və təyinatı yazılır.

Ödənişdən əvvəl beş yoxlama

  • Ad. Çıxarışdakı mülkiyyətçi ilə satan şəxs eyni olmalıdır, ya da satıcının notarial etibarnaməsi olmalıdır.
  • Sahə. Sənəddəki sot ilə yerdəki hasar eyni olmaya bilər. Məsələn "12 sot, 7 sotun kupçası var" o deməkdir ki, sahənin yalnız bir hissəsi sənədlidir.
  • Təyinat. Yaşayış, bağ və ya kənd təsərrüfatı təyinatı tikinti imkanına təsir edir.
  • Yüklülük. Əmlak girovda və ya həbsdə olmamalıdır. Bunu reyestr xidmətindən rəsmi yoxlamaq olar.
  • Kommunal xətlər. Qaz, su və işığın rəsmi abonent olub-olmadığını soruşun.

İpotekaya yararlı nə deməkdir

Bəzi elanlarda "ipotekaya yararlı" yazırıq. Bu, sənədlərin bank tələblərinə uyğun olduğu deməkdir. Son qərarı bank verir, ona görə müraciətdən əvvəl bankınızla da danışın.

Biz necə kömək edirik

Hər elanda sənədi əvvəlcədən görürük və nəyin sənədli olduğunu açıq deyirik. Baxışa gələndə çıxarışın surətini də göstəririk. Sualınız varsa, zəng edin.

Bu haqqında soruşun

+994 51 633 63 30WhatsApp
Zəng et WhatsApp