Bilgəh və ətrafı, hansı ərazi sizə uyğundur

Albalılıq, Vişnovka, Sea Breeze və Nardaran. Ərazilərin qısa təsviri.

Bilgəh Bakının Sabunçu rayonunda, Abşeronun şimal sahilində yerləşən qəsəbədir. Dəniz, sanatoriyalar və bağ sahələri ilə tanınır. Elanlarımızın əksəriyyəti bu ərazidədir.

Bilgəh mərkəzi

Məktəb, bağça, aptek və marketlər yaxındadır. Daimi yaşamaq üçün ən rahat seçimdir. Dalanlarda böyük həyətli evlər və mərkəzi yola yaxın torpaqlar var.

Albalılıq bağları

Sakit məhəllələr, meyvə ağacları və geniş küçələr. Burada həm köhnə bağ evləri, həm də yeni tikilmiş müasir evlər satılır.

Vişnovka bağları

Vişnovka yolu boyunca yerləşən bağ sahələri. Torpaq almaq və sıfırdan tikmək istəyənlər üçün çox seçim var.

Sea Breeze və Amburan tərəfi

Kurort zonasına yaxın torpaqlar. Yay mövsümündə kirayə üçün də maraqlı ola bilər.

Nardaran

Mayak bağları və sahil zolağı. Burada böyük həyətli villalar da satılır.

Hansı ərazinin sizə uyğun olduğunu bilmirsinizsə, zəng edin. Büdcənizi və istəklərinizi deyin, bir neçə variantı birlikdə gəzək.

Bu haqqında soruşun

+994 51 633 63 30WhatsApp
Zəng et WhatsApp